La Liqada oktyabr ayının ən yaxşı baş məşqçisi bəlli OLDU

 19:33 28.10.2024     80

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flikin oktyabr ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.

Redaktor.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə yanaşı, İmanol Alquasili (“Real Sosyedad”) və Karlo Ançelotti (“Real" Madrid) bu ad uğrunda mübarizə aparıb.

Qeyd edək ki, "Barselona" ötən ay 3 oyunda 3 qələbə qazanıb. Komanda 30 xalla turnir cədvəlində 1-ci sırada qərarlaşıb.