"Qalatasaray" "Beşiktaş"ı məğlub ETDİ
Türkiyə Super Liqasının 10-cu həftəsində keçirilən derbidə "Qalatasaray" "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub edib.
Redaktor.az xəbər verir ki, iki əzəli rəqib liqanın 10-cu həftəsində “RAMS Park Arena”da üz-üzə gəlib.
"Qalatasaray" 12-ci dəqiqədə Qabriel Saranın zərbəsindən Davinson Sançesin baş zərbəsi ilə hesabı 1-0-a çatdırıb.
Qarşılaşmanın ilk yarısı bu nəticə ilə yekunlaşıb və "Qalatasaray" 1-0 öndə olub.
67-ci dəqiqədə Viktor Osimhenin başla vurduğu qol fərqi ikiyə çatdırıb. İkinci qolun da ötürməsini Qabriel Sara edib.
Matçın uzatma vaxtında "Beşiktaş"ın oyunçusu Ernest Muçi hesabı 2-1-ə çatdırıb.
Qarşılaşma bu hesabla başa çatıb.
Bununla da “Qalatasaray” liqada xallarını 28-ə yüksəldib və liderliyini qoruyub. Sarı-qırmızılılar bu mövsüm keçirdiyi 10 matçın 9-da qalib gəlib.
"Beşiktaş" isə 20 xalla 4-cü pillədə qərarlaşıb.
Turan İSMAYIL