“Qızıl top” mərasimində Vinisius məsxərəyə qoyuldu

 23:35 28.10.2024     372

L'Equipe-dən "Qızıl top"un rəsmi yayımında "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior məsxərəyə qoyulub.

Redaktor.az xəbər verir ki, futbolçunun yer aldığı memlər dərc olunub.

Kadrların birində Vinisius İspaniya millisinin və "Barselona"nın 17 yaşlı cinah oyunçusu Lamin Yamalın qucağında körpə kimi təqdim edilib.

Daha əvvəl "Real Madrid"in "Qızıl top" mərasimində iştirak etməyəcəyi bildirilirdi.

Oktyabrın 28-də mükafatı ispaniyalı “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin alacağı məlum olub. Real Madrid əmindir ki, Vinisius olmasaydı, klubun müdafiəçisi Dani Karvaxal mükafatı qazanmağa layiq idi.

Oktyabrın 26-da İspaniya çempionatında "Real" "Barselona"ya 0:4 hesabı ilə uduzub. Bir epizodda Vinisius Kataloniya komandasının yarımmüdafiəçisi Qaviyə "bəli, 0:4, amma bazar ertəsi "Qızıl top" üçün gedəcəyəm" deyib.

Mükafatlandırma mərasimi Parisdə keçirilir.

“Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Ümumiyyətlə, bir futbolçu üçün ən prestijli fərdi mükafat hesab olunur. İlk Ballon d'Or 1956-cı ildə verilib.

Turan İSMAYIL