"Barselona" futbolçusu ilə yeni müqavilə BAĞLADI

 19:29 31.10.2024     305

İspaniyanın "Barselona" klubu futbolçusu Fermin Lopeslə müqavilə müddətini uzadıb.

Redaktor.az kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Müqavilədə 500 milyon avro təzminat maddəsi də yer alıb.

Qeyd edək ki, F. Lopes kataloniyalıların heyətində 48 oyunda meydana çıxıb və 11 qol vurub.

Vumart və Güvən reklamı Vumart Güvən