"Barselona" iki futbolçusu ilə müqaviləni UZADIR

 15:32 02.11.2024     232

İspaniyanın "Barselona" klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadacağına əmindir. 

Redaktor​​​​​​.az xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçilər Qavi və Pedrinin komandada qalacağına inanır.

Mərkəz müdafiəçisi Ronald Arauxonun sözləşməsinin artırılması üçün danışıqlar daha çətin rejimdə irəliləyir. İspaniyalı futbolçular müsbət cavab versələr də, uruqvaylı oyunçu hələlik qərarını açıqlamayıb.

Qeyd edək ki, hər üçünün hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.