Qəbələ şəhər stadionunda bu işlər GÖRÜLÜB
AFFA Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Estoniya oyunu ilə bağlı Qəbələ şəhər stadionunda görülən işlərin siyahısını açıqlayıb.
Bu barədə Redaktor.az-a milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Onun sözlərinə görə, arenada media tribunasının, yeni mərkəzi kamera platformasının və qapı arxası platformanın tikintisi başa çatmaq üzrədir.
Assosiasiya rəsmisi mövcud platformaların gücləndirilməsi, texniki ərazinin təmir-tikinti və çəkiliş maşınları meydançasının düzləşdirilməsi üçün işlərin görüldüyünü də diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.