Basketbol millimiz səfərdə Polşa yığmasına UDUZDU

 02:12 08.11.2024     194

Azərbaycanın qadın basketbolçulardan ibarət yığması AVRO-2025-in qrup mərhələsində səfərdə Polşa yığması ilə üz-üzə gəlib.

Redaktor.az-ın məlumatına görə, C qrupunda baş tutan qarşılaşma rəqibin 105:51 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu Azərbaycan millisi ilk oyunda Litvaya 63:99 hesabı ilə uduzub. Komanda ikinci matçda Belçikaya da yenilib - 28:136.