Tellur 200-cü oyununa çıxdı

 12:31 11.11.2024     172

Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Redaktor.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah”ın futbolçusunun yubileyi Misli Premyer Liqasının XIII turuna təsadüf edib.

29 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub. Premyer Liqada 2015/16 mövsümündə debüt edən Tellur 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.

Qeyd edək ki, Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.