Rahid Məmmədov bu dəfə də fərqləndi
"Radomyak"da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
28 yaşlı müdafiəçi XV turun "11-liy"inə seçilib. Məmmədovun komandası səfərdə "Poqon"u məğlub edib - 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.