Mükafatı o QAZANDI

 02:03 12.11.2024     211

İspaniya La Liqasında 2023/24 mövsümünün ən yaxşısı - Alfredo Di Stefano mükafatının sahibi müəyyənləşib. 

Redaktor.az xəbər verir ki, mükafatı “Real”ın yarımmüdafiəçisi Cud Bellingem qazanıb. Qalib “Marca” qəzeti tərəfindən müəyyənləşdirilib. 

Son mövsümdə Bellingem La Liqada meydana çıxdığı 28 matçda 19 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub. 

Qeyd edək ki, Alfredo Di Stefano mükafatının rekordçu sahibi Lionel Messidir. Argentinalı ulduz 7 dəfə sözügedən mükafata sahib çıxıb.