Millimizin sabiq futbolçusu Region Liqasında çıxış edəcək
Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını AFFA Region Liqasında davam etdirəcək.
Redaktor.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi "Naftalan" klubuna keçib.
Qeyd edək ki, Budaq Nəsirov son olaraq "Karvan"ın formasını geyinib. O, daha əvvəl ölkəmizdə "Sumqayıt", "Araz-Naxçıvan", "Kəpəz", "Turan Tovuz" və Portuqaliyada "Sportinq"in əvəzedici komandasında çıxış edib. Nəsirov 2016-cı ildə Andorra ilə qolsuz bitən yoldaşlıq matçında Azərbaycan yığmasının formasını geyinib.