İsveçrə millisinin futbolçusu 22 yaşında karyerasını bitirdi

 13:38 12.11.2024     204

İsveçrə millisinin və "Blau-Vayss" klubunun 22 yaşlı futbolçusu Silvan Uolner 22 yaşında karyerasını bitirib.

Redaktor.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərkəz müdafiəçisi bu barədə özü açıqlama verib.

O, karyerasını bitirməsinin səbəbini özünü dinə həsr etməsi ilə əlaqələndirib. Oyunçu qarşılaşmaların əksəriyyətinin din üçün müqəddəs sayılan şənbə gününə salındığını və bu səbəbdən karyerasını bitirdiyini söyləyib.

Qeyd edək ki, futbolçu sentyabrda "Sürix" klubundan "Blau-Vayss"a transfer olunub və bu komandada 5 oyunda iştirak edib. O, İsveçrənin gənclərdən ibarət millisinin heyətində 3 oyuna çıxıb.