36 yaşlı mütəxəssis "Səbal"in baş məşqçisi oldu
Cavid Hüseynov "Səbal"in baş məşqçi postuna təyin olunub.
Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
C.Hüseynov noyabrın 13-də, saat 18:00-da komanda ilə ilk məşqinə çıxacaq. Məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün “ASCO Arena”da brifinq təşkil ediləcək.
Qeyd edək ki, keçmiş futbolçu son olaraq “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.