"Mançester Yunayted"dən ayrılan baş məşqçi İtaliya klubunun təklifini rədd ETDİ

 17:44 12.11.2024     255

İngiltərənin "Mançester Yunayted" komandasından ayrılan baş məşqçi Erik ten Haq İtaliya təmsilçisi "Roma"nın təklifini rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Paytaxt təmsilçisinin rəhbərliyi niderlandlı mütəxəssisdən mövsümün sonunadək klubda işləməsini istəyib. Lakin Erik ten Haq "canavarlar"da hökm sürən xaos səbəbindən bundan imtina edib.

Qeyd edək ki, "Roma" xorvatiyalı baş məşqçi İvan Yuriçlə yollarını ayırıb.