"Real" zədəli futbolçusunu satmağı DÜŞÜNMÜR

 23:45 14.11.2024     448

İspaniyanın "Real" (Madrid) klubu uzun müddət zədədən əziyyət çəkən futbolçusu David Alabanı satmaq niyyətində deyil.

Redaktor.az xəbər verir ki, ötən il çarpaz bağı yırtılan avstriyalı müdafiəçi 2025-ci ildə meydanlara qayıdacaq.

"Kral klubu"nun rəhbərliyi ona güvəndiyi üçün yollarını ayırmağı düşünmür.

Qeyd edək ki, D.Alaba ötən mövsüm La Liqanın XVII turunda, "Vilyarreal" ilə matçda ciddi zədə almışdı.

Vumart və Güvən reklamı Vumart Güvən