Mayk Tayson AÇIQLAMA VERDİ - "Bu, son döyüşüm olmayacaq"...

 10:59 16.11.2024     396

58 yaşlı boksçu Mayk Tayson Arlinqtonda keçirilən peşəkar döyüş gecəsində bloger Ceyk Pola uduzduqdan sonra açıqlama verib və revanş görüşü ilə bağlı fikirlərini bölüşüb.

Redaktor.az bu barədə "sport24"ə isinadən məlumat verir.

"Özümdən başqa heç kimə sübut edəcək heç nəyim yoxdur. Özümə bunu hələ də bacara biləcəyimi göstərmək istəyirdim. Səhhətimdə problemlər olub, amma bəhanə axtarmıram. Pol yaxşı döyüşçüdür, çətin döyüş idi. İntiqam? Bu, situasiyadan asılı olacaq. Düşünmürəm ki, bu, mənim son döyüşüm olacaq”, - deyə Tayson bildirib.

Mübarizə səkkiz raund davam edib və Polun 79-73 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, bu döyüşdən əvvəl Mayk Tayson sonuncu dəfə 28 noyabr 2020-ci ildə Roy Cons ilə təkbətək rinqə çıxıb. Döyüş iki dəqiqəlik səkkiz raundla davam edib və heç-heçə ilə yekunlaşıb. Mayk Tayson peşəkar karyerasında 58 döyüş keçirib və 50 qələbə (44 nokaut) əldə etməyi bacarıb. Daha iki döyüşü isə ləğv edilib.

Polun bu qələbəsi isə peşəkar karyerasında 11-ci olub. Onun bir məğlubiyyəti var. 21 iyul 2024-cü ildə Ceyk Pol keçmiş "Ultimate Fighting Championship" (UFC) döyüşçüsü Mayk Perri ilə döyüşdə qalib gəlib.

Sevinc İBRAHİMZADƏ