Azərbaycan güləşçiləri Dağıstanda 3 medal QAZANDILAR
Azərbaycan güləşçiləri Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə Şamil Umaxanovun xatirə turnirində 3 medal qazanıblar.
Federasiyanın mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, milli üzvləri ənənəvi yarışda məşqçi Şərif Şərifovun rəhbərliyi altında çıxış ediblər.
Onlardan İslam Bazarqanov (57 kq) gümüş, Timur Gülmaqomedov (86 kq) və Aslan Abakarov (97 kq) isə bürünc medal qazanıblar.