"Azərbaycan millisi uluslararası yarışlara buraxılmamalıdır" - Sabir Rüstəmxanlı

 12:32 20.11.2024     3149

"Azərbaycanın milli futbol komandası heç bir uluslararası yarışa buraxılmamalıdır".

Redaktor.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlı sosial media hesabında paylaşım edib.

"Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır? Qoy iki-üç il ölkə daxilində, məsələn, Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar", - deyə S.Rüstəmxanlı qeyd edib.

Xatırladaq ki, ötən gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçə 6:0 hesabı ilə məğlub olub.

Sevinc İBRAHİMZADƏ