Konor Makqreqor zorakılıqda günahkar BİLİNDİ

 09:22 23.11.2024     180

İki çəki dərəcəsində Ultimate Fighting Championship (UFC) çempionu, irlandiyalı Konor Makqreqor zorlamada təqsirli bilinib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu qərarı Dublin Ali Məhkəməsinin münsiflər heyəti qəbul edib.

Makqreqordan zərərçəkən şəxsə təxminən 250 min dollar ödəməsi tələb olunur.

Zərərçəkmiş tərəf olan Nikita Ni Laymhin bildirib ki, Makqreqor və dostu Ceyms Lourens tərəfindən 2018-ci ildə otel otağında ona təcavüzə məruz qalıb.

Konor hər şeyin razılıq əsasında olduğunu vurğulayıb.