“Sabah” yeni baş məşqçisini rəsmən AÇIQLADI

 18:40 25.11.2024     194

“Sabah”da yeni baş məşqçi təyinatı gerçəkləşib.

Redaktor.az xəbər verir ki, rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.

Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).

Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).