"Tottenhem"in qapıçısı bir neçə ay yaşıl meydanlardan kənar QALACAQ

 19:35 27.11.2024     200

İngiltərə təmsilçisi "Tottenhem"in qapıçısı Qulelmo Vikario bir neçə ay yaşıl meydanlardan kənar qalacaq.

Redaktor.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Angelos Postekoqlu bildirib.

28 yaşlı qolkiperin Premyer Liqanın XII turunun "Mançester Siti" ilə oyununda topuğu sınaraq sıradan çıxmışdı.

Qeyd edək ki, Q.Vikario cari mövsüm "Tottenhem"in heyətində 15 matçda meydana çıxıb və eyni sayda qol buraxıb. O, 4 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.