"Real Madrid"in baş məşqçisi Mbappedən DANIŞDI: "Liverpul"a qarşı çox yaxşı oynamadı"

 10:53 28.11.2024     111

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın fransalı hücumçusu Killian Mbappenin İngiltərə "Liverpul"a qarşı Çempionlar Liqası matçında yaxşı oynamadığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

“Başqaları kimi Mbappe də mübarizə apardı. Ancaq çox yaxşı oynamadı və penaltini qola çevirə bilmədi. Çətin anlar olacaq, amma hamımız onu dəstəkləyirik", - Ançelotti deyib.

Qarşılaşma "Liverpul"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, beş matçdan sonra "Liverpul" 15 xalla birinci, "Real Madrid" isə 6 xalla 24-cü yerdədir. Çempionlar Liqasının növbəti oyununda “Liverpul” səfərdə İspaniya “Jirona”sı ilə, “Real” isə İtaliya “Atalanta”sı ilə qarşılaşacaq.

Sevinc İBRAHİMZADƏ