"Qarabağ" "Lion"a məğlub oldu - YENİLƏNİB

 23:35 28.11.2024     209

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində Fransa təmsilçisi “Lion”a məğlub olub.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi V turun oyununda 1:4 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze dəqiq zərbə müəllifi olub. 63-cü dəqiqədə fərq iki topa yüksəlib. Korentin Torisso toru silkələyib. 68-ci dəqiqədə Korentin Tolisso meydan sahiblərinin qapısına yol tapıb. 80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub. Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib. Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu dekabrın 12-də İsveç təmsilçisi “Elfsborq”a qarşı keçirəcək.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda üç qol vurulub.

Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 3:0-a çatdırıb.

68-ci dəqiqədə Malik Fofana adını tabloya yazdırıb.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda ikinci hissə başlayıb.

Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda 1:0 irəlidədir.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda ilk hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda 1:0 irəlidədir.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda hesab açılıb.

Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda irəli çıxıb.

15-ci dəqiqədə Jorj Mikautadze fərqlənib.

Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.