Həm hücum, həm də müdafiəni yüksək qiymətləndirirəm - "Lion"un baş məşqçisi
""Qarabağ" əslində daha çox qol vura bilərdi və bu da oyunun gedişini dəyişdirərdi".
Redaktor.az xəbər verir ki, bu sözləri "Lion"un baş məşqçisi Pyer Saj "Qarabağ" - "Lion" oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
"Ümumilikdə stadionda tamaşaçıların dəstəyi oyunun gedişinə müsbət təsir edirdi. Bugünkü oyunda həm hücum, həm də müdafiəni yüksək qiymətləndirirəm. Oyunçular kommunikasiyanı yaxşı təşkil etmişdilər".
Sevinc İBRAHİMZADƏ