La Liqada bu ayın ən yaxşı oyunçusu SEÇİLDİ

 10:07 30.11.2024     90

İspaniyanın “Real” (Madrid) klubunun vingeri Vinisius Junior La Liqada noyabrın ən yaxşı oyunçusu seçilib.

Redaktor.az xəbər verir ki, 24 yaşlı futbolçu bu ay 2 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Braziliyalı oyunçu ümumilikdə cari mövsüm ərzində 18 matçda meydana çıxıb və 12 qola imza atıb.