Fernandu Santuş istefaya göndərilir?
Milli komandamızın baş məşqçisi Fernandu Santuş istefaya göndərilə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və idman mediasında məlumatlar paylaşılır. Buna səbəb kimi onun Azərbaycan yığması ilə Millətlər Liqasında uğursuz nəticə qazanması göstərilir.
Portuqaliyalı mütəxəssisin komandamızda qalıb-qalmayacağı dekabrın 13-də baş tutacaq AFFA İcraiyyə Komitəsinin iclasında məlum olacaq. O, həmin iclasda nəticələrlə bağlı İK-ya hesabat təqdim edəcək və daha sonra çalışdırcı ilə bağlı qərar veriləcək.