Abdullah Avcı Azərbaycan millisinə gətirilir?

 13:44 06.12.2024     1947

Futbol üzrə Azərbaycan milli komandasının portuqaliyalı baş məşqçisi Fernandu Santuşun istefaya göndəriləcəyi barədə xəbər yayılıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Santuşun Azərbaycan yığması ilə Millətlər Liqasında uğursuz çıxışı səbəbindən AFFA-nın portuqaliyalı məşqçini istefaya göndərəcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, Fernandu Santuşun məsələsinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin dekabrın 13-də baş tutacaq iclasında baxılacağı bildirilir.

Bu arada tanınmış türkiyəli məşqçi Abdullah Avcının Azərbaycan milli komandasının sükanı arxasına gətiriləcəyi barədə xəbər də yayılıb. İddialara görə, Abdullah Avcının köməkçisi Öndər Karavəli artıq Bakıya gəlib.

AFFA-nın mətbuat katibi Elnur Məmmədli Modern.az-a açıqlamasında yayılan xəbərləri geniş şərh etməyərək, "Fernandu Santuş hazırda iş başındadır" deməklə kifayətlənib.

Abdullah Avcının son iş yeri Türkiyə Superliqasında çıxış edən "Trabzonspor” klubu olub. 31 avqust 2024 tarixində onun "Trabzonspor”la müqaviləsi ləğv edilib.

A.Avcı daha əvvəl Türkiyədə "İstanbulspor”, "Qalatasaray”, "Başakşehir”, "Beşiktaş” kimi klubların baş məşqçisi işləyib.