Mersisayd derbisi ertələnə BİLƏR
Futbol üzrə İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində “Everton” və “Liverpul” arasında baş tutacaq Mersisayd derbisi təxirə salına bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Hayters TV”nin “Liverpul” üzrə müxbiri Nazira Yusuf sosial şəbəkədə yazıb.
“Everton”, “Liverpul” və Mersisayd Polisi arasında sabahkı Mersisayd derbisində “Darra” fırtınasının potensial təsiri ilə bağlı müzakirələr davam edir. Saatda 70 milə qədər külək proqnozu azarkeşlərin təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır”, – jurnalist qeyd edib.
Onun sözlərinə görə, hər iki klub matçın keçiriləcəyini ümid edir.
Eyni zamanda, “Liverpul” azarkeşləri matç günü güclü külək səbəbindən yola daha çox vaxt ayırmağa çağırıb. Onlara hava proqnozunu və nəqliyyat məlumatlarını izləmək tövsiyə olunub.