AFFA rəsmisi "Fənərbağça"nın Avropa Liqasındakı oyununa təyinat aldı
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.
Redaktor.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Fənərbağça" və İspaniyanın "Atletik" komandaları arasında keçiriləcək Avropa Liqasının VI tur matçında UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qeyd edək ki, qarşılaşma dekabrın 11-də İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.