Çempionlar Liqasında gecənin matçları
Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vurulacaq.
Redaktor.az xəbər verir ki, 2-ci oyun günündə 9 matç keçiriləcək.
Günün maraqla gözlənilən görüşlərindən biri Almaniyada oynanılacaq. “Barselona” Dortmundda “Borussiya”nın qonağı olacaq.
“Yuventus” Turində “Mançester Siti”ni qəbul edəcək. “Milan” “Srvena Zvezda” ilə, “Arsenal” isə “Monako” ilə üz-üzə gələcək.
Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün formasını geyindiyi “Benfika” evdə “Bolonya”nı sınağa çəkəcək.
UEFA Çempionlar Liqası, 6-cı tur
11 dekabr
21:45. “Atletiko” (İspaniya) – “Slovan” (Slovakiya)
21:45. “Lill” (Fransa) – “Ştrum” (Avstriya)
00:00. “Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya)
00:00. “Arsenal” (İngiltərə) – “Monako” (Fransa)
00:00. “Benfika” (Portuqaliya) – “Bolonya” (İtaliya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya)
00:00. “Feyenoord” (Niderland) – “Spartak” (Çexiya)
00:00. “Yuventus” (İtaliya) – “Mançester Siti” (İngiltərə)
00:00. “Ştuttqart” (Almaniya) – “Yanq Boys” (İsveçrə).