"Barselona"nın baş məşqçisi iki oyunluq cəzalandırıldı
İspaniyanın "Barselona" klubunun baş məşqçisi alman Hansi Flik diskvalifikasiya səbəbindən klubun iki matçını buraxacaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Flik dekabrın 7-də İspaniya çempionatının 16-cı turunun “Betis”lə səfər oyununda (2:2) qırmızı vərəqə alıb. Mütəxəssis matçın 66-cı dəqiqəsində baş hakimin “Barselona”nın qapısına penalti təyin etməsindən narazı qalıb. Mənbənin məlumatına görə, klub apellyasiya şikayəti vermək niyyətindədir.
İspaniya çempionatının turnir cədvəlinə 17 oyundan sonra 38 xalla "Barselona" başçılıq edir. Növbəti iki oyunda komanda "Leqanes" və "Atletiko"ya qarşı oynayacaq. “Barselona” hər iki oyunu müvafiq olaraq dekabrın 15-də və 21-də evdə keçirəcək.
Turan İSMAYIL