"Liverpul" və "Beşiktaş"ın sabiq qapıçısı karyerasını bu ölkədə davam etdirə bilər

 20:08 12.12.2024     200

İngiltərənin "Liverpul" və Türkiyənin "Beşiktaş" klubunun sabiq qapıçısı Loris Karius karyerasını Almaniyada davam etdirə bilər.

Redaktor.az xəbər verir ki, o, "Bavariya" klubunun maraq dairəsində yer alıb.

Münhenlilərin əsas qolkiperi Manuel Noyerin zədəli olması və ikinci qapıçı Sven Ulrayxın şəxsi səbəblərə görə meydana çıxa bilməməsi "Bavariya" rəhbərliyini düşündürür.

Qeyd edək ki, 31 yaşlı Karius azad agent statusu daşıyır.