Qurban Qurbanov yenə ən yaxşı SEÇİLDİ
Azərbaycanda 2024-cü ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.
Redaktor.az xəbər verir ki, "komanda.az" saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.
Qurbanov 64 jurnalistin qatıldığı sorğuda 47 səs toplamaqla, 2024-cü ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 14-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb!
Sorğuda iştirak edənlərdən 8-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 7-si “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 2-si “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyevə səs verib.