Azərbaycan ağırlıqqaldıranı gümüş medal qazandı

 21:18 14.12.2024     64

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Redaktor.az xəbər verir ki, 109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet 183 kq-ı ram edib və bu hərəkətdə dördüncü olub.

O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb.

Təmsilçimiz toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri turub.

Xatırladaq ki, D.Dadaşbəylu ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.