"Fənərbaxça"nın məşhur futbolçusundan ayrılıq qərarı

 10:33 24.12.2024     136

Yarımmüdafiədə Kevin De Bruyne və Anderson Talisca ilə oyunu gücləndirmək istəyən "Fənərbaxça" üçün gedişlər bir-birinin ardınca baş verə bilər. Allan Sent-Maksimindən sonra ulduz futbolçu da diqqətdən kənarda qalıb. Gözlənilən xal töhfəsini verə bilməyən futbolçu üçün təkliflərin yanvar ayında qiymətləndiriləcəyi qeyd edilib.

Redaktor.az xəbər verir ki, ötən mövsüm Moskvanın “Dinamo”sundan transfer olunan Şimanski liqanın ilk yarısında qol vurmaq baxımından karyera rekordunu qırıb. Ancaq geriləmə liqanın ikinci divizionundan başlayıb.

Bu mövsüm polşalı futbolçu üçün gözlənildiyi kimi keçməyib. Rəhbərlik yay aylarında 25 yaşlı futbolçu üçün gələn təklifləri rədd edib. Lakin sarı-göylərin bu məsələ ilə bağlı fikirlərinin dəyişdiyi qeyd edilib.

Yarımmüdafiəni De Bruyne və Talisca kimi ulduzlarla yüksəltmək istəyən rəhbərliyin büdcə yaratmaq istəyinin təsiriylə polşalı ulduz üçün gələn təklifləri dəyərləndirməyə qərar verdiyi iddia edilib.

Sebastyan Şimanski üçün "Tottenham", "Napoli" və "Leverkusen" kimi komandalar çıxış edib. Ulduz futbolçu “Fənərbaxça”da gözləntilərin altında olsa da, Polşa Millisində göstərdiyi performansla bir daha diqqət çəkib.

Şimanski sentyabrda Şotlandiyaya, oktyabrda isə Xorvatiyaya vurduğu qollarla rəğbət qazanıb. Rəhbərliyin gözləntisinin ən az 15 milyon avroluq təklif almaq olduğu iddia edilib.

Sevinc İBRAHİMZADƏ