"İdmançılara fəxri adların, mənzillərin verilməsi idmana axında kütləvilik yaradır" - Ekspert
Azərbaycanda idman sahəsinə xüsusi diqqət var. Bunu ötən günlərdə Prezident İlham Əliyevin idmançıları mənzillə mükafatlandırması da bir daha sübut edir.
Bəs bu dəyərləndirmələr uşaqları və gəncləri idmana meyl göstərməyə həvəsləndirə bilər?
Bu barədə idman eksperti Araz Əhmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, idmanda stimul çox önəmlidir:
"İdmançılara fəxri adların, mənzillərin verilməsi onları və gənc nəsli idmana daha sıx bağlanmağa sövq edir. Belə olaylar idmana axında kütləviliyin artmasına da gətirib çıxarır. Təbii ki, uşaqların pis vərdişlərdən uzaq olması və gələcəkdə sağlam nəsil kimi yetişməsi üçün idman çox önəmli faktordur".
Ekspert qeyd etdi ki, bütün idman növlərində fərqlənən idmançılara xüsusi diqqət ayrılmalıdır:
"Olimpiya idman növləri, qeyri-olimpiya idman növləri, fərq etməz, hamısına yanaşma eyni cür olmalıdır".
Sevinc İBRAHİMZADƏ