Kriştianu Ronaldu Yaxın Şərqin ən yaxşı futbolçusu SEÇİLDİ

 20:59 27.12.2024     128

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in futbolçusu Kriştianu Ronaldu Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib.

Redaktor.az xəbər verir ki, o, 2024-cü il üçün "Globe Soccer" mükafatına layiq görülüb.

39 yaşlı forvard Riyad Mahrez ("Əl-Əhli"), Sergey Milinkoviç-Saviç, Salem Əl-Dosari (hər ikisi "Əl-Hiləl") və Sufyan Rahimini ("Əl-Əyn") qabaqlayıb.

Qeyd edək ki, Ronaldu ötən il də Yaxın Şərqin ən yaxşı futbolçusu olmuşdu.