“Roma”nın özbəkistanlı futbolçusu Səudiyyə Ərəbistanında çıxış edə BİLƏR
İtaliya təmsilçisi “Roma”nın özbəkistanlı futbolçusu Eldor Şomurodov Səudiyyə Ərəbistanında çıxış edə bilər.
Redaktor.az xəbər verir ki, 29 yaşlı hücumçu Pro Liqa klublarının maraq dairəsinə düşüb.
O, hazırda icarə əsasında "Kalyari"nin şərəfini qoruyur.
Qeyd edək ki, E.Şomurodov cari mövsüm 12 qarşılaşmada meydana çıxıb və 2 qol vurub.