Bu klub ölkə çempionatının maliyyə qaydalarını pozmaqda ittiham OLUNUR

 22:36 02.01.2025     369

İngiltərənin "Lester" futbol klubu ölkə çempionatının maliyyə qaydalarını pozmaqda ittiham olunur.

Redaktor.az xəbər verir ki, klubun çempionatda xalları silinə bilər.

Hüquqşünaslar pozuntulara yol verilib-verilmədiyini müəyyənləşdirmək üçün yaxın iki həftə ərzində göstəriciləri qiymətləndirəcəklər.

Sanksiya qərarının yanvarın 13-də dərc olunacağı gözlənilir.

Qeyd edək ki, komanda hazırda 14 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.