"Barselona"nın futbolçusu zədəsini sağaltdı

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal zədəsini sağaldıb və İspaniya Superkubokunun yarımfinal mərhələsində "Atletik"lə (Bilbao) oyunda meydana çıxa bilər.
Redaktor.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında kataloniyalıların baş məşqçisi Hans-Diter Flik bildirib.
17 yaşlı futbolçu İspaniya La Liqasının XVII turunda "Leqanes"lə matçda zədələnmişdi.
Qeyd edək ki, L.Yamal bu mövsüm "Barselona"nın heyətində ümumilikdə 21 oyun keçirib və 6 qol vurub.