Azərbaycan çempionatında "Neftçi" qələbə QAZANDI

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında "Neftçi" qələbə qazanıb.
Redaktor.az xəbər verir ki, IV turun sonuncu oyununda "ağ-qaralar" "Gənclər" kollektivini 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ötən gün "Azərreyl" MOİK-i, "Murov Az Terminal" isə "Xilasedici"ni 3:0 hesabı ilə üstələyib.