Fənərbağça" bu mövsüm Türkiyə Kubokuna qatılacağını AÇIQLADI

"Fənərbağça" klubu bu mövsüm futbol üzrə Türkiyə Kubokuna qatılacağını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç keçirdiyi mətbuat konfransında bildirib.
"Türkiyə Kubokunun oyunlarında iştirak edəcəyik Meydana U-19 komandası ilə deyil, baş məşqçimizin uyğun hesab etdiyi heyətlə çıxacağıq. Əgər işlər qaydasında getməzsə, geri çəkilmək hüququmuz var”, - deyə o, söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl "Fənərbağça" Türkiyə Futbol Federasiyasına ölkə kubokunda iştirak etməməklə bağlı məktub ünvanlamışdı.