Azərbaycan Basketbol Liqasında "Neftçi" qələbə QAZANDI

Azərbaycan Basketbol Liqasının X turunda "Neftçi" qələbə qazanıb.
Redaktor.az xəbər verir ki, A qrupunda baş tutan matçda "ağ-qaralar" “Abşeron” kollektivinə 84:76 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, X turun ötən gün keçirilən “Sabah” - “Naxçıvan” qarşılaşması Naxçıvan təmsilçisinin 80:75 hesablı qələbəsi ilə yekunlaşıb. Turun digər oyunları yanvarın 11-i və 12-də keçiriləcək.