Millimizin üzvünə görə Türkiyə klubuna ağır cəza VERİLDİ
Türkiyənin “Hatayspor” klubuna transfer qadağası tətbiq edilib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat "Ajansspor" nəşri tərəfindən yayılıb.
Maraqlıdı ki, Hatay klubu bu qadağa ilə Azərbaycan yığmasının futbolçusuna görə üzləşib.
Söhbət Renat Dadaşovdan gedir. Belə ki, klubun Dadaşova borcu qalıb.
Bu səbəbdən “Hatayspor”a transfer qadağası tətbiq olunub. Bu qərardan narazı qalan hataylılar İdman Arbitraj Məhkəməsinə müraciət ediblər.
Qeyd edək ki, hazırda “Ankaragücü”nün formasını geyinən Renat Dadaşov 2023/2024 mövsümündə “Hatayspor”da oynayıb.