"Yuventus" yeni transferini təqdim ETDİ

İtaliyanın "Yuventus" futbol klubu Portuqaliyanın "Vitoria" komandasından Alberto Koştanı transfer edib.
Redaktor.az xəbər verir ki, bu barədə "qoca sinyora"nın mətbuat xidməti məlumat yayıb.
Turinlilər sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Alberto Koşta cari mövsüm "Vitoria"nın heyətində 21 oyunda 1 qol vurub.