Haaland bu klubla 10 illik müqavilə imzaladı

 13:57 17.01.2025     143

"Mançester Siti" futbolçusu Erlinq Haaland ilə müqaviləsini yeniləyib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı hücumçunun yeni sözləşməsi 2034-cü ilin yayınadək nəzərdə tutulacaq.

Norveçli forvardın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi.

Yeni müqavilədən əvvəllər qüvvədə olan bütün satın alma bəndləri çıxarılıb. Həmçinin Haalandın maaşı klubda ən yüksək maaş olacaq. Yeni sözləşməyə əsasən, Erlinq Premyer Liqa tarixinin ən çox maaş alan oyunçusu olacaq.

Norveçli futbolçu yaranacaq təzyiqlərlə bağlı heç bir problem olmadığını vurğulayıb: “Təzyiq? Problem yoxdur. Mən burada uzun müddət qalacam, nə olursa olsun, mən "şəhərli"yəm. İstəyirəm ki, insanlar məndən çox şey tələb etsinlər və mənə təzyiq göstərsinlər”.

Qeyd edək ki, Erlinq Haaland bu mövsüm klubda bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 1 qolun ötürməsini verib. "Transfermarkt" portalına görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.