Florentino Peres "Real" klubunun prezidentliyinə yeganə NAMİZƏDDİR

 14:59 18.01.2025     118

Florentino Peres İspaniyanın "Real" (Madrid) klubunun prezidentliyinə yeganə namizəddir.

Redaktor.az "Marca"ya istinadən xəbər verir ki, bir neçə gün öncə seçki komissiyası "Kral klubu"nun hazırkı prezidentinin namizədliyini təsdiqləyib.

Paxytaxt təmsilçisinin prezidenti vəzifəsinə namizədlər yanvarın 19-nadək müvafiq sənədlərini seçki komissiyasına təqdim etməlidirlər.

Günün sonuna qədər başqa şəxsin namizədliyi qeydə alınmayacağı təqdirdə Florentino Peres qalib gələcək. Bununla da o, rəsmi olaraq 2029-cu ilə qədər "Real"ın prezidenti elan olunacaq.

Qeyd edək ki, F.Peres 2009-cu ildən "Real"a rəhbərlik edir.