“Neftçi”nin üç futbolçusu zədə səbəbindən "Sabah"la görüşü BURAXACAQ

“Neftçi”nin üç futbolçusu zədə səbəbindən Misli Premyer Liqasının XIX turunda qarşılaşacaqları “Sabah”la oyunu buraxmaq məcburiyyətində qalacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo zədə səbəbindən "bayquşlar"a qarşı matçda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sabah” oyunu sabah saat 18:30-da start götürəcək.