"Yuventus" "Milan"ı məğlub ETDİ

 23:47 18.01.2025     64

Futbol üzrə İtaliya çempionatının 21-ci turunun Turində keçirilən ev oyununda “Yuventus” “Milan”ı məğlub edib.

Redaktor.az xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb.

"Yuventus"da Samuel Mbanqula (59-cu dəqiqə) və Timoti Vea (64) fərqlənib.

Komandalar tarixdə 308-ci duelinə çıxıb, "Yuventus" 115-ci qələbəsini qazanıb. "Milan" 102 dəfə güclü olub, 91 matç isə heç-heçə ilə bitib.

Qeyd edək ki, 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Yuventus" İtaliya çempionatında cari mövsümdə məğlubiyyət yaşamayan yeganə komanda olaraq qalır. Növbəti turda "Yuventus" yanvarın 25-də səfərdə çempionatın lideri "Napoli" ilə qarşılaşacaq.

"Milan" isə məğlubiyyətsizlik seriyasına son qoyub. “Yuventus”la oyuna qədər milanlılar 5 dəfə qalib gəlib, üç dəfə heç-heçə edib. 20 oyundan sonra 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan "Milan" növbəti mərhələdə "Parma"nı qəbul edəcək.