"Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik" - Kurban Berdıyev

 19:02 19.01.2025     87

Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik.

Redaktor.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının XIX turunda "Kəpəz"ə 2:5 hesablı məğlubiyyətdən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Rusiyalı mütəxəssis bu məğlubiyyətdən nəticə çıxarmalı olduqlarını söyləyib:

“Kəpəz” layiqli qələbə qazandı, onları təbrik edirəm. Planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Bugünkü oyunda heç nə alınmadı. Nəticə çıxarmalıyıq. Müdafiədə ilk dəfə Sadiq Quliyev oynadı, Araş xəstə idi. Standart vəziyyətlərdə kobud səhvlər oldu. Halbuki bunun üzrərində çox işləmişdik. Hədəfimiz dəyişmir. Qarşıda çox oyun var. Bu oyundan nəticələr çıxarmalıyıq. Qeyd etdiyim kimi müdafiədə problemlərin olacağını bilirdik. Standartlardan belə asan qol buraxacağımızı gözləmirdik”.

Qeyd edək ki, "Turan Tovuz" hazırda turnir cədvəlində 32 xalla dördüncü pillədə qərarlaşıb.